SILVANOLS – Latviyanın, artıq 20 ildir ki, tәbiәtin müalicәvi gücündәn istәnilәn yaşda olan insanların rifahı naminә istifadә edәrәk, tәbii xammaldan qida әlavәlәri vә dәrman vasitәlәri istehsal edәn yaşıl әczaçılıq şirkәtidir.

Dünyanın istәnilәn ölkәsindә yerli flora әsasında müalicәvi vasitәlәrin hazırlanmasının öz әnәnәvi reseptlәri mövcuddur. Texnoloji inkişaf, yeni dәrmanların kәşf edilmәsi vә sintezi çox zaman әnәnәvi reseptlәrin geri qayıtmadan itmәsinә gәtirib çıxarır.

Avropalıların әksәriyyәti hazırda hәm qidalanma, hәm dә öz sağlamlıqlarının dәstәklәnmәsi mәsәlәlәrindә tәbii olan hәr bir şeyә qayıdışın dәbli tendensiyasına uyğun olaraq, özlәri üçün dәrman bitkilәrinin müalicәvi xüsusiyyәtlәrini yenidәn kәşf edirlәr.

Eyni zamanda, Latviya sakinlәri sağlamlığın qorunması baxımından indiyә qәdәr tәbiәtlә sıx әlaqәlәri qoruyub saxlamağa davam edirlәr: xәstәliklәrlә mübarizәdә kömәk edәn cökә çiçәklәrini, nanә yarpaqlarını vә digәr bitkilәri toplayır vә Baltikyanı ölkәlәrinin uzun sürәn qışlarında immunetetlәrini qoruyub saxlayırlar.

“SİLVANOLS” şirkәtinin әmәkdaşlarından ibarәt komanda mәhsulları Latviyada işlәyib hazırlayır vә istehsal edir ki, bu da ekoloji cәhәtdәn tәmiz şәraitdә bitәn bitkilәrin müalicәvi xüsusiyyәtlәrini maksimal dәrәcәdә qoruyub saxlamağa imkan verir. Şirkәtin mәhsullarının istehsalı üçün xammalın әksәriyyәti Baltik dәnizi bölgәsindә bitir. “SİLVANOLS” şirkәtinin bir çox mәhsullarının tәrkibinә daxil olan tәbii şirәlәr bilavasitә bizim zavodumuzda istehsal edilirlәr. Onlar 100% tәbiidirlәr, tәrkiblәrindә laktoza vә qlütein, habelә genetik modifikasiya olunmuş orqanizmlәr yoxdur.

“SİLVANOLS” şirkәti dәrman bitkilәrinin faydalı xüsusiyyәtlәri barәdә biliklәri әn yeni texnoloji imkanlarla birlәşdirәrәk, 50-dәn artıq mәhsuldan ibarәt olan portfel yaratmışdır.

Onların arasında hәm soyuqdәymә ilә mübarizә vasitәlәri, hәm dә orqanizmin ümumi vәziyyәtinin yaxşılaşdırılması üçün qida әlavәlәri vardır.

“SİLVANOLS” şirkәtinin mәhsulları olan tәbii bitki preparatları:

  • bioloji fәal әlavәlәr
  • tibbi tәyinatlı mәmulatlar
  • reseptsiz buraxılan dәrman vasitәlәri

Dәrman formaları:

  • tәbii balzamlar vә şirәlәr
  • aerozollar
  • kapsullar
  • gellәr

Hazırda Silvanols MMC Latviyada tәbii komponentlәr әsasında dәrman vasitәlәrinin, vitaminlәrin vә bioloji qida әlavәlәrinin әn sürәtlә inkişaf edәn istehsalçılarından biridir.

Müәssisә әn yeni kәşflәrә istinad edir, mәhsullar gәlәcәyi nәzәrә almaqla yaradılır – biz bu sahәnin әn yaxşı peşәkarları ilә mәslәhәtlәşәrәk әczaçılıqda vә tibbdә tәdqiqatları vә tendensiyaları daima izlәyirik.

Şirkәt GMP Avropa standartlarına malik olan laboratoriyaları, istehsalat vә keyfiyyәt sistemi ilә fәxr edir, bunu ISO 22000 vә ISO 9001 sertifikatları da tәsdiq edirlәr.

Ценности Silvanols

İnnovasiya

İnnovasiya – ideyadan mәhsuladәk olan prosesdir. Bizim üçün bu, әczaçılıq bazarında yaradıcılıq demәkdir.

Çeviklik

Biz yeni imkanlar axtarırıq, dәyişikliklәrә fәal olaraq uyğunlaşırıq vә müştәrilәrimizin maraqlarına uyğun olaraq fәaliyyәt göstәrmәk üçün gәlәcәyin tendensiyalarını vә tәlәbatlarını nәzәrә almağa hazırıq.

Keyfiyyәt

Biz hәr bir addımımızda әn yüksәk keyfiyyәtә nail olmağa çalışırıq. Bizim üçün keyfiyyәt  - etimadın vә etibarlılığın sinonimidir, çünki biz hәkimlәr vә xәstәlәr qarşısında mәsuliyyәt daşıdığımızı heç zaman unutmayacağıq.

Hörmәt

Biz öz işçilәrimiz, işgüzar  tәrәfdaşlarımız vә müştәrilәrimizlә münasibәtlәrdә qarşılıqlı hörmәtә riayәt etmәyi öhdәmizә götürürük. Biz әtraf cәmiyyәtә hörmәtlә yanaşır, ona ehtiram göstәrir vә qarşıya qoyulmuş mәqsәdlәrә nail olmaq üçün açıq dialoqa şәrait yaradırıq.

Mәhsuldarlıq

Biz  resursları müdrikcәsinә idarә etmәklә, istehsalat proseslәrini sadәlәşdirmәklә vә savadlı qәrarların qәbuluna şәrait yaradan mühit yaratmaqla müәssisәnin inkişafının qayğısına qalırıq.